Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub
EHİS-də kommersiya hüquqi şəxsləri üzrə birbaşa qeydiyyata alınan məlumatlar müəyyənləşib
Dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
12:12
434
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Sinqapura səfər çərçivəsində PSA İnternational şirkətinin Çin üzrə rəhbəri Lye Chee Whye-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə Ş.Babayev öz sosial şəbəkə hesabında paylaşım edib.
"Görüşdə dəmiryol nəqliyyatı və limanların idarə olunmasında rəqəmsal həllərin tətbiqi ilə bağlı əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində oldu. Həmçinin SMRT şirkətinin Qrup baş direktorunun müavini və prezidenti cənab Lee Ling Wee-nin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı metro nəqliyyatı istiqamətində birgə təşəbbüslər üçün potensial sahələrin müəyyənləşdirilməsini müzakirə etdik", - deyə o qeyd edib.


