11:46
392
Dekabrın 8-də Azərbaycan Dövlət Mahnı Teatrında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı və imza günü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kitabda tanınmış yazıçının ustad aşıq-şair Aşıq Ələsgərlə bağlı esseləri toplanıb.
Kitabda müəllif Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə öz fikir və qənaətlərini bölüşür. Şeirlərinə fərqli bucaqdan baxmağa çalışaraq, onu daha çox şair kimi xarakterizə edir. Buna görə klassik ədəbiyyatla, xüsusən Füzuli yaradıcılığı ilə orijinal analogiyalar aparır.
Mərasim “Dədə Ələsgər Ocağı” ictimai Birliyinin hesabat konserti ilə birgə keçiriləcək.
Tədbirdə tanınmış söz və elm adamlarının çıxışı, aşıq, müğənni və musiqi qruplarının ifaları nəzərdə tutulub.