1 Aprel 23:50
1 Aprel 23:38
1 Aprel 23:24
5 Dekabr 2025 10:51
3 339
"İƏT Mədəniyyət Festivalı günlərində Bakıda 5 min ziyarətçinin iştirakı gözlənilir".
APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində təşkil edilən mətbuat konfransında deyib.
O bildirib ki, bu festival ölkəmizin multikultural dəyərlərə göstərdiyi hörmətin nəticəsidir: "Tədbir zamanı 50 ölkədən 300-dən artıq nümayəndə bir araya gələcək. İƏT daxilində həmrəyliyin möhkəmlənməsinə imkan yaradılır. Bu festival vasitəsilə ölkəmizin gənc istedadlarını tanıdacağıq. Tədbir çərçivəsində panellər təşkil olunacaq, müxtəlif ölkələrin kino sahəsində çalışan mütəxəssisləri bir araya gələcək. Tədbirdə müxtəlif səpkili mədəni layihələrin təşkili planlaşdırılır. Ölkəmizin regionda yaradıcı mədəni ölkə kimi formalaşmasına şərait yaratmış oluruq. Bu tədbir yeni ideyaların, qlobal layihələrin birgə hazırlanmasına töhfə verəcək".
31 Mart 17:58
1 603
31 Mart 12:38
1 715
31 Mart 11:43
1 659