Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB Cəmiyyət

Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.

APA-nın yerli bürosu xəbər verir ki,​ 18 ailə - 66 nəfər Horovlu kəndinə çatıb. Sakinlərə evlərin açarları təhvil verilib.

Təqdimat mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri iştirak edib.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.

***

12.09

Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.

APA-nın bölgə müxbiri xəbər verir ki, bu gün Horovlu kəndinə 18 ailə - 66 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO  - YENİLƏNİB Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO  - YENİLƏNİB