12:12
1 113
Polşa Ukraynaya doqquz MiQ qırıcı təyyarəsi göndərməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Pavel Zalevski TVP World-ə verdiyi müsahibədə bildirib.
Rəsmi şəxs bu məsələ ilə bağlı hökumət qərarının artıq verildiyini təsdiqləyib. Təyyarənin mümkün təhvil verilməsi ilə bağlı danışıqlar ötən ilin dekabr ayından bəri davam edir.
Zalevski tərəflərin yalnız texniki detallar barədə razılığa gəlməli olduqlarını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi ümumilikdə bu təklifi dəstəkləyir.
Rəsmi şəxs qeyd edib ki, ilkin çatdırılma on təyyarədən az olacaq. Bunlar Polşa ordusunda xidmət müddəti başa çatmaqda olan köhnəlmiş Sovet istehsalı qırıcılar olacaq.
Məryəm Quliyeva