“Proses kifayət qədər mürəkkəbdir” Gündəm

“Proses kifayət qədər mürəkkəbdir”

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Ukrayna ilə minerallar və gəlirlər üzrə razılaşma əldə etməyə çox yaxın olduğunu bildirib və bu müzakirələrin Ukrayna müharibəsini “bitirmək” məqsədini daşıdığını qeyd edib.

Sözügedən razılaşma müharibəni bitirə bilərmi?

Sual ətrafında fikirlərini xalqcebhesi.az-a bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, məsələnin mahiyyəti ondadır ki, müharibə Ukrayna ilə ABŞ arasında yox, Ukrayna ilə Rusiya arasında gedir və görünən odur ki, Rusiya da müharibəni bitirmək niyyətində deyil: “Dəfələrlə danışıqlara, müzakirələrə baxmayaraq hələ də heç bir nəticə yoxdur və nəticənin əldə olunma ehtimalları da o qədər yüksək deyil. Çünki Rusiya hələ ki, bu proseslərdə öz mövqeyini qorumaqdadır və mövqeyindən çəkilmək niyyəti yoxdur. Ona görə də proses kifayət qədər mürəkkəbdir”.

Deputat diqqətə çatdırıb ki, Ukrayna və ABŞ arasında minerallarla bağlı razılaşma, ümumilikdə, Ukrayna-ABŞ münasibətlərinə və ABŞ-nin Rusiyanı bu prosesə razı salmağa töhfə verə bilər: “Yəni münaqişənin həllində ABŞ-ni daha da səfərbər edə bilər və ABŞ-nin bu prosesdə daha da fəal iştirakını təmin edə bilər. O mənada biz belə bir addımın baş verdiyini görürük. Hər halda ümid edirik ki, bu proseslərin sonunda münaqişə bitəcək və öz həllini tapacaq”.

Röya İsrafilova