Argentina donanmasına məxsus sualtı qayıq itib Dünya

Argentina donanmasına məxsus sualtı qayıq itib

Argentina donanması bildirir ki, onların ötən çərşənbədən bəri itgin düşən ARA San Juan sualtı qayığı son dəfə əlaqə saxlayanda nasazlıq barədə məlumat verib. Göyərtəsində 44 heyət üzvü olan sualtı qayıq Argentina sahillərindən 430 km (270 dəniz mili) aralıda yoxa çıxıb. "Gəmi suyun üzünə çıxıb və nasazlığı xəbər verib" - donanma komandiri Qabriel Qalezzi deyib. Argentina donanmasından bildirilib ki, bazar ertəsi günü itgin gəminin axtarışları zamanı qeydə alınan "səs" həmin gəmiyə aid deyil.
Bu itgin düşmüm sualtı qayığın axtarışları zamanı qeydə alınmış ikinci yalnış siqnaldır. Buenos Airesin cənubunda yerləşən Mar del Plata donanma bazasının rəhbəri, yerləşən Kapitan Galeazzi deyib ki, daha əvvəl bildirilən nasazlıq sualtı qayığın alt batareyalarında "qısa qapanma" ilə əlaqəli olub. Heyət üzvlərindən birinin qardaşı yerli mediaya deyib ki, qardaşı itgin düşməmişdən əvvəlki mesajında bildirib ki, sualtı qayığın batareyalarında problem var.
İlk dəfədir ki, rəsmilər sualtı qayığın mexaniki problemlərinin olmasından danışır.
Buna baxmayaraq kapitan Qaleazzi deyib ki, mexaniki problemlər nadir hallarda riskə səbəb olur. "Döyüş gəminin nasazlıq olduğu təqdirdə bir yerdən digərinə hərəkət etməsi üçün kifayət qədər əvəzetmə sistemləri olub"- o deyib.
Donanma komandiri deyib ki, sualtı qayıqdan bazar ertəsi günü başa çatmalı olan missiyasını yarımçıq kəsərək birbaşa Mar del Plataya getməsi istənib. Yerli medianın bildirdiyinə görə, ARA San Juanın kapitanı donanma bazasına nasazlıq barədə bildirdikdən sonra heyət üzvlərinin sağ-salamat olduğunu və Mar del Plataya doğru üzdüklərini bildirib. Donanmadan onu da deyiblər ki, həftəsonu qeydə alınan 7 siqnal itkin düşən sualtı qayıqdakı mobil telefonların siqnalları deyil. Həftə sonu qeydə alınan yalnış siqnallar dörd və 36 saniyə intervalında dəyişib. Bu siqnallar heyət üzvlərinin sağ olduğu barədə ümidləri artırmışdı.