Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib Hadisə

Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş regional tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və idman məktəblərinin kollektivləri, veteran və gənc idmançılar iştirak ediblər.

Tədbirin əvvəlin şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, əziz xatirəsi ehtiramla anılıb.

Sonra Şirvan şəhəri, Neftçala, Biləsuvar, Salyan və Hacıqabul rayonlarını təmsil edən ümumilikdə 200-ə yaxın yeniyetmə və gənc idmançının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov idmançıları və idmansevərləri 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıblar.

Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunublar.

Sonda idmançılarla xatirə şəkli çəkilib.

Cavid