13:21
777
İsrail Müdafiə Qüvvələri (İMQ) İranın ballistik raket proqramı ilə əlaqəli Tehrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib.
"İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasən Tehrandakı hədəflərə qarşı bir sıra zərbələr endirib. Zərbələrin bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələri raket kompleksi infrastrukturuna zərbələr endirib. Hücum edilən hədəflər arasında İran rejiminin ballistik raketləri saxlamaq üçün istifadə etdiyi yeraltı obyekt və təyyarələrə qarşı istifadə üçün nəzərdə tutulmuş raket anbarları da var idi", - bildirib.
Bundan əlavə, "İMQ bir neçə uzaqmənzilli ballistik raket buraxıcı qurğusuna hücum edib", - deyə İMQ əlavə edib.
Məryəm Quliyeva