10:14
581
ABŞ və İsrailin geniş hazırlığından sonra İrana qarşı başladığı hücumun hələ ki lazımi siyasi nəticə verməməsi, İranın bu əməliyyatın yaradacağı bütün ssenarilərə hazırlıqlı olmasından irəli gəlir.
Bunu politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, ABŞ və Qərbin bir müddət əvvəl İranda ixtişaşlara konkret müdaxilə etməməsi isə İranın parçalanması ehtimalı ilə bağlı idi. ABŞ və Qərb üçün parçalanmış İran yox, bütöv İran daha məqbul variantdır. İxtişaşlar deyil, müharibə ABŞ və İsrail üçün nəzarət imkanı verir. Hücumdan sonra isə İranda ixtişaşlar ABŞ və İsrail üçün nəticə verə bilərdi, ancaq rejimə qarşı İran əhalisinin əhəmiyyətli etirazları mümkün görünmür:
"ABŞ ssenarisinə görə, Ali dini lider Əli Xamenei də daxil olmaqla 49 nəfər dövlətin ən yüksək vəzifəli şəxslərinin öldürülməsindən, dövlətin başsız qalmasından sonra ehtimal edilən növbəti etirazların vüsət alacağı ilə İranın ABŞ və İsrailin tələblərini qeyri-şərtsiz qəbul edəcəyi düşünülürdü.
Ancaq İran bütün bu ssenarilərə hazırlaşıb və müqavimətini hələ də davam etdirir, hərçənd müqavimətinin uzun sürəcəyi inandırıcı deyil. İranın ideoloji və psixoloji dayanıqlığı ancaq qısamüddətli taktiki üstünlük yarada bilər. Ancaq proses göstərdi ki, İran hərbi gücü qat-qat üstün olan İsrail və Amerikaya qarşı düşünüldüyündən daha dayanıqlı mövqedədir. Dövlət başçısı – dini liderinin, müdafiə nazirinin, qərargah rəisinin və digər yüksək rütbəli şəxslərin məhvindən sonra hakimiyyətin çökəcəyi ilə bağlı hesab özünü doğrultmadı".
Cavid