İsrail ordusu İranın ballistik raket buraxılış qurğusunu məhv etdiyini bildirib Dünya

İsrail ordusu İranın ballistik raket buraxılış qurğusunu məhv etdiyini bildirib

İsrail Silahlı Qüvvələri İranın Qum əyaləti yaxınlığında ballistik raket buraxıcı qurğusunu məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.

İddia olunur ki, qurğu İsrail ərazisinə raket zərbəsi endirməyə hazırlaşırdı. Həmçinin bildirilib ki, İsrail İranın mərkəzi hissəsindəki İsfahan şəhəri ərazisində hava hücumundan müdafiə sistemini məhv edib. İsrail Müdafiə Qüvvələri hər iki hücumun video görüntülərini də yayımlayaraq, onların "İsrailin hava üstünlüyünü gücləndirəcəyini" vurğuladı.

Məryəm Quliyeva