Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı yeni mərhələyə daxil olub
XIII Qlobal Bakı Forumu keçirilir, Prezident İlham Əliyev açılış mərasimində çıxış edib - YENİLƏNİB1
XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər dünyada sülhün təşviqinə töhfə verəcək
10:54
1 120
İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib ki, İtaliyanın Ərbil şəhərində yerləşən hərbi bazası raket zərbəsinə məruz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərinə görə, italyan hərbçilər arasında ölən və ya yaralanan yoxdur.
“Raket Ərbildəki bazamıza düşüb. İtaliya hərbi personalı arasında ölən və yaralanan yoxdur. Hamı təhlükəsizdir”, — deyə nazirin sözlərini ANSA agentliyi sitat gətirib.
İtaliyanın xarici işlər naziri Antonio Tajani isə bildirib ki, Ərbildəki italyan bazası digər ölkələrin bazalarının da yerləşdiyi kompleksin tərkibindədir.
“Zərbənin məhz italyanlara, yoxsa ümumilikdə bütün kompleksə yönəldiyini bilmirik”, — deyə o qeyd edib.
Nazirin sözlərinə görə, raketin İrandan, yoxsa İraqda fəaliyyət göstərən İrana yaxın silahlı qruplaşmalar tərəfindən buraxıldığı hələlik məlum deyil.