XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub
19 Mart 09:28
3 199
ABŞ Prezidenti Donald Tramp İranın enerji obyektlərinə yeni zərbələrin endirilməsinin əleyhinədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp yəhudi dövlətinin (İsrailin) İranın "Cənubi Pars" qaz yatağındakı obyektlərinə planlaşdırdığı hücum barədə əvvəlcədən məlumatlandırılıb və bunu "Hörmüz boğazının bağlanması ilə bağlı Tehrana mesaj" kimi dəstəkləyib.
WSJ iddia edir ki, Tramp İranın bu "siqnalı anladığını" hesab edir və buna görə də hazırda Amerika lideri İranın enerji infrastrukturuna zərbə endirilməsinə qarşı çıxış edir.
Buna baxmayaraq, nəşrin həmsöhbətləri gələcəkdə Trampın öz mövqeyini dəyişə biləcəyini istisna etməyiblər.
Məryəm Quliyeva