20 Aprel 11:45
1 603
Yaxın Şərqdəki münaqişənin nizamlanması üzrə ABŞ ilə danışıqların ikinci mərhələsinin keçirilməsi barədə qərar hələ qəbul edilməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.
"Danışıqlarla bağlı sizə deyə bilərəm ki, növbəti raund üçün hələlik heç bir planımız yoxdur", — deyə o, mətbuat konfransı zamanı bildirib.
Məryəm Quliyeva