Liviya XİN: Rusiyanın rolu nizamlanmada vacibdir Gündəm

Liviya XİN: Rusiyanın rolu nizamlanmada vacibdir

Taher əl-Baur həmçinin etiraf etdi ki, "ümumi parlament seçkiləri təşkil etmədən siyasi həll yoluna nail olmaq və Liviyanın bütün dövlət qurumlarını birləşdirmək mümkün deyil".

Rusiya Liviyadakı vəziyyətin həllində çox vacib rol oynayır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Milli Razılıq Hökumətinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifəsini icra edən Taher əl-Baur Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Rusiyaya gəldikdə isə, əziz dostum [Lavrov] dediyi kimi, onun rolu çox vacibdir, çünki Rusiyanın həm Qərbdə, həm də Şərqdə bütün Liviya tərəfləri ilə çox yaxşı münasibətləri var və buna görə də biz bu münasibətləri daha da inkişaf etdirmək istəyirik ki, bu, Liviya məsələsinin həllinə kömək etsin", - Taher əl-Baur deyib. O, əlavə edib ki, Moskva "böhranın həllində və Liviyanın dövlət qurumlarının birləşməsində çox vacib rol oynaya bilər".

Xarici İşlər Naziri həmçinin etiraf edib ki, "hər kəsin iştirak edəcəyi və hər kəsi qane edəcək ümumi parlament seçkiləri təşkil etmədən Liviyada siyasi həll yoluna və bütün dövlət qurumlarının birləşməsinə nail olmaq mümkün deyil".

Məryəm Quliyeva