Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
21 Aprel 15:54
2 002
Avropa İttifaqı .eu domeni altında fəaliyyət göstərən Avropa xəbər saytı Euromore-u və Xaricdə Yaşayan Həmvətənlərin Hüquqlarının Dəstəklənməsi və Müdafiəsi üzrə Rusiya Fondunu "Rusiyanın hibrid fəaliyyətləri"ndə ittiham edərək qara siyahıya salıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunmuş Aİ Şurasının qətnaməsində bildirilib.
Aİ Şurası Euromore-u "Avropa qurumlarının legitimliyini sarsıdan məlumatları yaymaqda", Həmvətənlər Fondunu isə "Rusiyanın yumşaq gücünün aləti" olmaqda ittiham edib.
Qara siyahıya salınma Avropadakı aktivlərin dondurulmasını və Avropa hüquqi və fiziki şəxslərinin bu təşkilatlarla hər hansı maliyyə əməliyyatları aparmasının qadağan edilməsini nəzərdə tutur.
Məryəm Quliyeva
15 May 16:37
1 113
15 May 15:51
1 232
15 May 15:08
1 393