13:46
630
“Nöqsan təsnifatı üzrə təhlillərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntu nisbəti ciddi dəyişməyib”.
Xalqcebhesi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib.
O bildirib ki, hər il nöqsanlar arasında ən yüksək paya malik olan büdcə qanunvericiliyi üzrə nöqsanlara gəldikdə isə 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb: “Burada qurumlar tərəfindən proqnozlaşdırılma və icra prosesinə lazımi diqqət yetirilməməsi, yetərli maliyyə inzibatçılığının və fiskal intizamın təmin edilməməsi şəraitində aşkarlanmış nöqsanlar mühüm yer tutur. Bu nöqsanlar nəticəsində müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə etmişik”.
V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla müvafiq icra orqanları tərəfindən fiskal qanunvericiliyin davamlı təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə cari nəzarətin gücləndirilməsi bu halların (xüsusilə vəsaitlərin xəzinədənkənar hesablarda qalması üzrə) 2025-ci ildən başlayaraq nisbətən azaldığını müşahidə etməyə imkan verir. Bu məsələlər növbəti ilin Hesabatında daha geniş şəkildə şərh ediləcək.
Röya İsrafilova
14:49
378
14:13
602
14:02
644