Leyen: İranla hər hansı sülh sazişində nüvə və raket proqramları nəzərə alınmalıdır Dünya

Leyen: İranla hər hansı sülh sazişində nüvə və raket proqramları nəzərə alınmalıdır

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen çərşənbə günü bəyan edib ki, İranın iştirakı ilə bağlanacaq hər hansı sülh sazişi onun nüvə proqramını və ballistik raketlərin yaradılması proqramını əhatə etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

O bildirib ki, atəşkəs rejiminin diplomatik vasitələrlə qorunub saxlanması istiqamətində səylər göstərilir. Fon der Lyayen həmçinin münaqişənin tamamilə həllinə və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

Məryəm Quliyeva