Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
7 May 09:54
5 887
Tehran Vaşinqtonun çərçivə təklifinə razılıq verəcəyi təqdirdə, tərəflər ətraflı saziş üzrə 30 günlük danışıqlara başlayacaqlar. Amerika tərəfinin tələbləri arasında İranın əsas nüvə obyektlərinin sökülməsi və uranın zənginləşdirilməsinə 20 illik moratoriumun qoyulması var.
Xalqcebhesi.az "The Wall Street Journal"-a istinadən xəbər verir ki, ABŞ uranın zənginləşdirilməsinə 20 illik moratorium qoyulmasında və toplanmış bütün zənginləşdirilmiş nüvə materiallarının təhvil verilməsində israr edir. Həmçinin Vaşinqton Tehrandan nüvə silahı əldə etmək istəyindən imtina etdiyini təsdiqləməsini və 2025-ci ilin iyununda ABŞ-ın zərbələrinə məruz qalmış Fordo, Nətənz və İsfahandakı obyektlərin sökülməsini tələb edir.
Bundan əlavə, ABŞ yeraltı nüvə işlərini qadağan etmək və pozuntular baş verəcəyi təqdirdə sanksiya tətbiq etmək imkanı ilə təftiş (inspeksiya) hüququ əldə etmək istəyir.
Məryəm Quliyeva