“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52

“Donald Tramp bu ilin yanvar ayında prezident seçildikdən sonra ABŞ-nin əsas hədəflərindən birinin Kubada rejim dəyişikliyi olduğunu bildirmişdi. Fidel Kastro dövründən fərqli olaraq, Kuba hakimiyyəti xeyli zəiflədiyindən ABŞ hərbçilərinin adanı zəbt etməsinin çətin olmayacağı hesab edilir. İkincisi, vaxtilə Kuba rejiminə siyasi himayədarlıq edən SSRİ artıq yoxdur. Xatırladım ki, ABŞ 1961-ci ildə Kubanı tutmağa və rejimi dəyişməyə cəhd edib. Lakin SSRİ-nin dəstəklədiyi Kastro inqilabçı rejimi Donuzlar körfəzində ABŞ donanmasını məğlub edib və amerikalı həırbçilər adaya daxil ola bilməyərək geri çəkilib”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla söyləyib.
M.Abdulla əlavə edib ki, indi isə Tramp İrandan qayıdan “Avraam Linkoln” gəmisinin adaya yan alması ilə Kuba rejiminin təslim olacağını bəyan edir: “Tramp yerli xalqın ABŞ hərbiçilərinə müqavimət göstərməyəcəyini düşünür. Çünki yoxsulluqdan və diktaturadan əziyyət çəkən kubalılar mümkün olduğu təqdirdə, ABŞ-yə miqrasiya etməyə üstünlük verirlər. Ona görə də Kubada hakimiyyət dəyişikliyi ABŞ-yə miqrant axının qarşısının alınmasında da mühüm rol oynaya bilər. ABŞ prezidenti Donald Tramp bir neçə dəfə “növbədə Kubadır” desə də real vəziyyətin təhlili belə bir əməliyyatın tezliklə baş verməyəcəyini göstərir. Çünki ABŞ İranla müharibəni yekunlaşdıra bilmədiyindən Yaxın Şərq böhranından çıxa bilmir”.
Siyasi şərhçi bildirib ki, İranla növbəti danışıqlar raundunun nəticə verməyəcəyi tədirdə, ABŞ-nin İrana raket zərbələri endirəcəyi gözlənilir: “Mayın 8-də gecə İranın ABŞ esmineslərinə hücum etməsi, eyni zamanda, Amerika aviasiyasının İranın Qeşm adasındakı və Fars körfəzindəki mövqelərinə zərbələr endirməsi müharibə riskinin gertdikcə artdığını göstərir. Ona görə də ABŞ mediası Vaşinqtonun Kubaya qarşı qaçılmaz hərbi əməliyyat variantını nəzərdən keçirmədiyini xəbər verir. İrandakı müharibənin nəticəsindən asılı olmayaraq ABŞ-nin tezliklə Kubaya qarşı hərbi əməliyyatlara başlayacağını düşünmürəm. Çünki Tramp adminstrasiyası İrandakı ağır müharibədən çıxmadan daha bir müharibəyə girmək istəməz. İrana hücum Tramp adminstrasiyası üçün Konqresə keçiriləcək aralıq seçkilər öncəsi kifayət qədər problem yaradıb. Kubaya qarşı müharibə prezident Trampın demokratlar tərəfindən impiçmentinə gedən yolunu aça bilər. Bu baxımdan ABŞ üçün əsas prioritet Kuba deyil, İrandır. İkincisi, seçkilər başa çatana qədər, yəni bu il Kubaya qarşı hər hansı hərbi aktın həyata keçiriləcəyini gözləmirəm”.
Röya İsrafilova