“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
8 May 14:40
1 666
Avropa İttifaqının prezidenti Koşta Rusiya ilə danışıqlara başlamaq üçün hazırlıqlara başladıqlarını qeyd edib. ABŞ-Rusiya və Ukrayna arasında aparılan danışıqlar hər hansı ciddi nəticə vermədiyi üçün Avropa İttifaqı önə çıxmağa çalışır. ABŞ-Rusiya danışıqlarında Ukraynanın mövqeyinin qorunmasında Avropa ölkələrinin mühüm dəstəyi olub.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
"Xüsusilə Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya göstərdiyi siyasi və hərbi dəstək nəticəsində Tramp–Putin sövdələşməsi baş tutmadı.
Ukrayna hazırda hərbi baxımdan mövqeyini kifayət qədər möhkəmləndirir. ABŞ-ı danışıqlar prosesindən kənarlaşdırmaq üçün yeni mexanizmlər üzərində işlənilir. Demək olar ki, bu müharibədə əsas söz sahibi təkcə ABŞ deyil, məhz Böyük Britaniya və Avropa İttifaqıdır" - politoloq deyib.
V.Putin proseslərə məntiqli və praqmatik yanaşarsa, Avropa İttifaqı ilə danışıqlar masasına oturmalıdır. Çünki Avropa bu müharibəyə öz təhlükəsizliyi və gələcəyi prizmasından yanaşır:
"Təbiii ki, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri iki il əvvəlki dövrlə müqayisədə daha da güclənib və Rusiyaya təzyiq etmək imkanlarına malikdirlər. Hazırda Kiyev əsasən Vaşinqtonla deyil, Brüssel və Londonla məsləhətləşmələr aparır.
Rusiya və Avropa İttifaqı arasında danışıqlar baş tutarsa, münaqişənin həllində yeni müsbət imkanlar yarana bilər".
Cavid