12:57
644
ABŞ lideri Donald Tramp, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu öz səlahiyyət müddəti bitdikdən sonra ölkəni idarə etmək üçün ideal namizədlər adlandırıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Prezidenti kimin onun varisi ola biləcəyi barədə sual edib və tədbir qonaqlarına 2028-ci il prezident və vitse-prezident seçkilərində irəli sürülə biləcək potensial namizədləri alqışlarla səsverməyə çıxarmağı təklif edib. Tramp, Vens və Rubionun adlarını çəksə də, onların hər birini konkret olaraq hansı vəzifədə gördüyünə aydınlıq gətirməyib.
"Bu, mükəmməl səsvermə olardı. Yeri gəlmişkən, inanıram ki, bu, xəyal komandasıdır, amma bəzi kiçik detallar var", - deyə Amerika prezidenti Ağ Evin Gül Bağında keçirilən şam yeməyində çıxışında bildirib. Çıxış Ağ Evin YouTube kanalında yayımlanıb.
2025-ci ildə ABŞ lideri üçüncü dəfə dövlət başçısı postuna yenidən seçilmək niyyətində olmadığını bəyan etmişdi. ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs dövlət başçısı vəzifəsinə ən çoxu iki dəfə seçilə bilər. ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.
Məryəm Quliyeva