Avstraliya Hörmüz boğazına "Wedgetail" kəşfiyyat təyyarəsi göndərir Dünya

Avstraliya Hörmüz boğazına "Wedgetail" kəşfiyyat təyyarəsi göndərir

Müdafiə naziri Riçard Marliz çərşənbə axşamı bildirib ki, Avstraliya Hörmüz boğazı vasitəsilə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan, Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi "ciddi müdafiə xarakterli" missiyaya qoşulacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS" məlumat yayıb.

Marliz bildirib ki, Avstraliya artıq regionda yerləşdirilmiş E-7A Wedgetail uzaq mənzilli radiolokasiya aşkaretmə təyyarəsini bu iş üçün ayıracaq. Onun sözlərinə görə, missiya ilə bağlı qərar 40 ölkənin nümayəndələrinin görüşündən sonra qəbul edilib.

Nazir qeyd edib ki, Avstraliya beynəlxalq ticarətin təhlükəsizliyinə sadiqlik nümayiş etdirərək, çoxmillətli missiya yaradıldıqdan sonra onu dəstəkləməyə hazırdır.

Məryəm Quliyeva