Rusiya Ukraynaya kütləvi dron hücumu həyata keçirib: 8 nəfər ölüb, 11 yaralı var Dünya

Rusiya Ukraynaya kütləvi dron hücumu həyata keçirib: 8 nəfər ölüb, 11 yaralı var

Rusiya Ukraynaya genişmiqyaslı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Bu barədə “RBK-Ukraine” məlumat yayıb.

Hücumlar nəticəsində ölənlər və yaralananlar var, bir sıra bölgələrdə dağıntılar və elektrik enerjisi problemləri qeydə alınıb.

Məlumata görə, ən ağır nəticələr Dnepropetrovsk vilayətində yaşanıb. Vilayət Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində 8 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Bildirilir ki, Xarkovda iki rayon hücuma məruz qalıb. Xolodnoqorsk rayonunda infrastruktur obyekti zədələnib və yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Poltavada dron elektrik yarımstansiyasına düşüb. Nəticədə 7 mindən çox sakin işıqsız qalıb. Ətrafdakı yaşayış binalarının şüşələri də zədələnib.

Odessa vilayətində sənaye infrastrukturu hədəfə alınıb. Anbar binalarına ziyan dəyib, baş vermiş yanğınlar söndürülüb.