12:41
238
İsrail hərbçiləri son sutka ərzində Livanın cənubunda 40-dan çox müxtəlif hədəfə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilir ki, zərbələr şiə təşkilatı "Hizbullah"ın hərbi infrastruktur obyektlərinə, o cümlədən silah anbarlarına və İsrail istiqamətinə tuşlanmış raket qurğularına endirilib. Bundan əlavə, "Hizbullah"ın silahlı dəstələrinin bir neçə üzvü öldürülüb.
"İsrail Müdafiə Ordusu öz hərbi qulluqçuları və mülki əhalisi üçün təhlükələri aradan qaldırmaq məqsədilə fəaliyyətini davam etdirəcək", — deyə hərbçilər bəyan ediblər.
Məryəm Quliyeva