Avropa Komissiyası Patriarx Kirillin sanksiya siyahısına salınmasını təklif edib Dünya

Avropa Komissiyası Patriarx Kirillin sanksiya siyahısına salınmasını təklif edib

Avropa Komissiyası Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketinə daxil edilməsini təklif edib.

Bu barədə "Euronews" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Avropa Komissiyasının son sanksiya təklifinə daxil edilən şəxslər arasındadır”, - deyə telekanal bildirib.

Hazırda təklif Aİ üzv ölkələri tərəfindən müzakirə olunur.