10:12
854
ABŞ Prezidenti Donald Tramp, çərşənbə axşamı ABŞ-ın İran obyektlərinə endirdiyi cavab zərbələrinə baxmayaraq, İranla sülh sazişinin tamamilə əldə oluna biləcəyini hesab etməkdə davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Politico” nəşrinə Ağ Evin yüksəkrütbəli nümayəndəsi məlumat verib.
Milli təhlükəsizliyin həssas məsələlərini müzakirə etmək üçün adının açıqlanmamasını istəyən rəsmi şəxs bildirib: “Sazişin hazırkı statusuna gəlincə, heç nə dəyişmir”.
O, həmçinin əlavə edib ki, Tehranla razılaşma hələ də “yaxındır”.
Məryəm Quliyeva