17:39
686
Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Enerji effektivliyi informasiya sistemində formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Əsasnamədə qeyd edilən ötürülən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları və təşkilatları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etsinlər və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidirlər.