ITFC: İndiyə qədər ümumilikdə 96 milyard dollarlıq maliyyələşdirmə həyata keçirmişik
Məhəmməd Safri Həmid: Qlobal sukuk bazarının 36%-ni təmsil edirik
CNN: ABŞ və İran arasındakı saziş qəsdən qeyri-müəyyən tərtib olunub
“Biz və bizim dağlar” abidəsinə istinad etmək sülh prosesinə xələl gətirir - MÖVQE
9 İyun 15:06
1 855
“Süni intellekt, o cümlədən kiber müdaxilələr dünyanın ən hegemon dövlətlərinin belə üzləşdiyi problemlərdir və süni intellekt cəmiyyətdə çaşqınlığa səbəb olan kifayət qədər ciddi nəticələrə gətirib çıxara bilər. Ona görə də dövlətlər bununla bağlı rəqəmsal təhlükəsizlik şuraları qurmaq məcburiyyətindədir. Bunun üçün də kifayət qədər ciddi maliyyə vəsaitlərinin sərf olunması tələb olunur”.
Bu sözləri xaqlcebhesi.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.
Onun fikirlərinə görə, rəqəmsal təhlükəsizliyini qoruya bilməyən dövlətlər bu gün hansısa dövlətlərin ya asılılığını qəbul etmək zorunda qalır və ya hökumətlər vətəndaşlarına bu şəkildə izah etməklə daha ciddi maliyyələrin həmin rəqəmsal təhlükəsizliyə yönəldilməsinə çalışırlar: “Ümumiyyətlə, Qərb institutlarının bu məsələni milli təhlükəsizlik məsələsi kimi qiymətləndirməsi təkcə onlarda deyil, eyni zamanda, bu, hətta inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin belə bu gün çox ciddi problemlərindən biridir. Nəzərə alsaq ki, bu, eyni zamanda, gələcəkdə ölkələrin kağız daşıyıcılardan rəqəmsal seçkilərə getməsinə təşviqdir. Məsələn, bir sıra ölkələr artıq kompüter texnologiyaları üzərindən seçkilərin fərdi identifikasiya nömrələri ilə eyniləşdirimələrin aparılması ilə bu məsələlərin həllini həyata keçirirlər və vətəndaşlar seçki məntəqələrinə getmədən və ya seçki məntəqələrinə getməklə elektron qaydada səslər verirlər. Ona görə də bu, artıq həqiqətən də ciddi dövlət təhlükəsizliyi hesab olunur və dövlətlər bununla bağlı maliyyə ayırmaları etməlidirlər”.
R.Süleymanov diqqətə çatdırıb ki, eləcə də bu məsələdə dövlətin xüsusi xidmət orqanları ciddi şəkildə işləməlidir ki, süni intellekt vasitəsilə ictimai rəyi çaşdırmaq cəhdləri olmasın: “Həmçinin qanunverici hakimiyyət tərəfindən süni intellektlə yaradılmış media məhsullarının da süni intellekt işarəsi olmadan cəmiyyətə buraxılmasının məsuliyyəti müəyyən olunur və o cümlədən bizim ölkəmizdə də bununla bağlı qanuni və hüquqi addımlar atılmaqdadır. O ki, qaldı seçkilərin nəticəsinə bu, artıq hakimiyyətlərlə vətəndaşlar arasında olan məsələdir”.
Röya İsrafilova