Aİ son iki ilin ən böyük sanksiya siyahısını təklif edib Dünya

Aİ son iki ilin ən böyük sanksiya siyahısını təklif edib

Avropa Komissiyası son iki ildə Rusiyaya qarşı ən böyük sanksiyalar paketini tətbiq etməyi təklif edir.

Xalqcebhesi.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bildirdiyinə görə, siyahıya 170-dən çox mövqe daxil ediləcək.

"Bu paket çərçivəsində rəhbərlik etdiyim xidmətlər son iki ilin ən böyük sanksiya siyahısını təqdim edir. Bura xüsusilə maliyyə sektoru, energetika və pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı 170-dən çox təklif daxildir", — deyə o, "X" sosial şəbəkəsində yazıb.

Kallas əlavə edib ki, gələn həftə Xarici İşlər Şurası ayrıca olaraq "Rusiyanın kölgə donanması, hərbi-sənaye kompleksi, insan hüquqlarını pozanlar və təbliğatçılar" əleyhinə məhdudiyyətlərlə bağlı qərar qəbul edəcək.

Məryəm Quliyeva