09:57
658
İstanbulda saxta sənədlərdən istifadə edərək yaşayış icazələrinin verilməsinə qarşı əməliyyatlar keçirilib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səkkiz rayonu əhatə edən əməliyyatlar çərçivəsində 64 şübhəli saxlanılıb.
İstanbul Polis İdarəsi və Prokurorluğun birgə əməliyyatında saxlanılan şəxslər rüşvətxorluq, miqrant qaçaqmalçılığı, rəsmi sənədlərin saxtalaşdırılması, saxta sənədlərdən istifadə edərək xarici vətəndaşlara yaşayış icazəsi almağa kömək etməkdə ittiham olunarlar.
Şübhəlilər polis bölməsinə aparılıblar.