İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək Dünya

İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək

ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların yeni mərhələsi çərşənbə axşamı Vaşinqtonda keçiriləcək.

Bundan öncə ABŞ Dövlət Departamenti Livan və İsrail nümayəndə heyətləri arasında görüşlərin 23-25 ​​iyun tarixlərində Vaşinqtonda keçiriləcəyini açıqlamışdı.

Dövlət katibi Marko Rubionun danışıqlarda iştirak edib-etməyəcəyi məlum deyil, çünki onun bu tarixlərdə BƏƏ, Küveyt və Bəhreynə səfəri planlaşdırılır.