Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb Cəmiyyət

Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb

Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb

“Bizim dərsliklərdə ciddi məzmun problemi var”.

Bunu APA-ya, Trend-ə və Xəzər Tv-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Fizika, kimya, biologiyanın növbəti nəslə uyğun olub-olmamasının mübahisəsini edək. Burada, daşıdığım vəzifənin funksiyası olmasa da, tənqid edən tərəf də ola bilərəm. Dərslikdə hansısa mövzu ümumiyyətlə yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik? Bəlkə, Azərbaycan tarixi, Azərbaycan dili, kimya və ya biologiya dərsliklərinə yeni elmi nailiyyətləri daxil etməliyik? Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazı mövqe görmüşəm. Görsəm, çox sevinərdim”, – nazir bildirib.

Qeyd edək ki, bu gün saat 20:00-da müsahibə APA İnformasiya Agentliyində, Trend İnformasiya Agentliyində və Xəzər televiziya kanalında yayımlanacaq.