09:13
1 253
Bazar ertəsi Kanada nüvə enerjisinin inkişafını sürətləndirmək üçün 10-a qədər yeni irimiqyaslı reaktorun tikilməsini və gələcək layihələrin təsdiqlənməsi proseslərinin sadələşdirilməsini hədəfləyən strategiyasını təqdim edib.
Xalqcebhesi.az xəbrə verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayır.
Təbii sərvətlər naziri Tim Hocson tərəfindən təqdim edilən strategiya, 2035-ci ilə qədər artıq iki yeni nüvə reaktorunun tikinti mərhələsində olmasını, 2040-cı ilə qədər isə daha beş reaktorun planlaşdırılmasını və ya işlənmə mərhələsində olmasını hədəfləyir. Strategiyada yeni maliyyələşmə nəzərdə tutulmasa da, hökumət bəyan edib ki, 2027-ci ilin aprelinədək yeni nüvə layihələri üçün federal dəstəyin şərtlərini və mövcud maliyyələşdirmə alətlərini əks etdirən proqram sənədi dərc edəcək. Kanadada elektrik enerjisinin təxminən 13%-i atom enerjisinin hesabına istehsal olunur.
Kanada dünyada uran istehsalına görə ikinci yerdədir və onun ərazisində dünyanın ən böyük yüksək zənginləşdirilmiş uran yataqları yerləşir.
Məryəm Quliyeva