4 ölkədən türkman QHT-ləri Naxçıvandadır Hadisə

4 ölkədən türkman QHT-ləri Naxçıvandadır

II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu iştirakçılarının Azərbaycana səfəri başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, heyətə İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisi daxildir.

Dünən türkmanlar Naxçıvana səfər edib.

Heyət “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Möminə Xatun türbəsi, Xan Sarayı, Nuhun türbəsi ilə tanış olub, onların bu yerlər barədə sualları cavablandırılıb.
2026-cı il iyunun 23-də Naxçıvanda “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirədə də təşkil olunacaq.

Qeyd edək ki, 2026-cı il iyunun 25-də “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.

Cavid