Honduras Ukraynadan pilotsuz uçuş aparatları alacaq​​​​​​​ Dünya

Honduras Ukraynadan pilotsuz uçuş aparatları alacaq​​​​​​​

Honduras sərhədlərin mühafizəsi və narkotiklərlə mübarizə əməliyyatlarının keçirilməsi üçün Ukraynadan pilotsuz uçuş aparatları (PUA) almağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nasri Asfuraya istinadən AFP məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, satın alınan dronlardan kənd təsərrüfatı sektorunda da istifadə oluna bilər. PUA-lar da daxil olmaqla hərbi texnologiyaların ötürülməsi təklifi cənab Asfuranın Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülüb.

AFP qeyd edir ki, bu sövdələşmə Hondurasın təhlükəsizlik sahəsində Vaşinqtonla əməkdaşlığı gücləndirdiyi bir vaxtda baş tutur. Honduras Silahlı Qüvvələrinin rəhbəri təsdiqləyib ki, Amerika tərəfi ilə birgə ölkədəki cinayətkar qruplaşmalara qarşı döyüş əməliyyatlarının keçirilməsi imkanları da nəzərdən keçirilir.

Agentlik həmçinin vurğulayır ki, dəstələrin və narkokartellərin qarşıdurması səbəbindən Hondurasda təhlükəsizlik vəziyyəti kritik olaraq qalır, qətl hadisələrinin səviyyəsi isə dünya üzrə orta göstəricidən təxminən dörd dəfə yüksəkdir.

Məryəm Quliyeva