08:29
707
ABŞ-ın “Ford” və “General Motors”, eləcə də digər avtomobil istehsalçıları tezliklə ölkənin silahlı qüvvələrini gücləndirmək üçün silahlar, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər və “Tomahawk” qanadlı raketləri istehsal etməyə başlaya bilərlər.
Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
O, iyunun 24-də ABŞ-ın ən böyük silah istehsalçılarının nümayəndələri ilə görüşməyi planlaşdırdığını təsdiqləyib.
"Biz ölkənin hər yerində çoxlu fabriklər tikirik. Onlar “General Motors” və “Ford” ilə danışıqlar aparırlar. Amma bilirəm ki, “General Motors” hazırda silah istehsalı ilə bağlı çox həyəcanlıdır. Onların istehsalı dəyişə biləcəkləri bir neçə fabriki var. Biz “Tomahawk” da daxil olmaqla “Patriot”lar və daha çox silah istehsal edəcəyik", - Tramp bildirib.
08:35
728
22 İyun 20:18
1 078
22 İyun 17:49
1 183