UKMTO Hörmüz boğazında gəmilərin hərəkətinin aktivləşdiyini bildirib Dünya

UKMTO Hörmüz boğazında gəmilərin hərəkətinin aktivləşdiyini bildirib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra Hörmüz boğazında gəmilərin hərəkətinin daha da aktivləşdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, koordinasiya mərkəzinin son 72 saatı əhatə edən hesabatında "Hörmüz boğazında hərəkət artmağa başlayıb", — deyə qeyd olunub.

"ABŞ və İran arasında imzalanan qarşılıqlı anlaşma memorandumundan sonra dəniz təhlükəsizliyinə yönəlmiş təhdid səviyyəsi mülayim dərəcəyə endirilib, baxmayaraq ki, cüzi risklər hələ də qalmaqdadır və akvatoriyanın müşahidəsi və təmizlənməsi əməliyyatları davam edir", — deyə UKMTO-dan əlavə ediblər.

Məryəm Quliyeva