17:44
1 092
İsrail ordusu ölkə rəhbərliyindən Livan tərəfindən gələn "təhdidlərin qarşısını almaq üçün" fəaliyyət azadlığı icazəsi alıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu, Livanda hərbi əməliyyatların dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını tələb edən ABŞ və İran arasındakı danışıqlar fonunda bəyan edib.
"Mənim və yəhudi dövlətinin müdafiə naziri İsrael Katsın İsrail Müdafiə Ordusuna (SAXAL) göstərişi aydındır və dəyişməz olaraq qalır: Livanın cənubundakı döyüşçülərimiz özlərinə və ya İsrailin şimal sakinlərinə qarşı hər hansı birbaşa və ya yaranmaqda olan təhdidin qarşısını almaq üçün tam fəaliyyət azadlığına malikdirlər. İsrail Müdafiə Ordusunun bu məsələdə heç bir məhdudiyyəti yoxdur. Mən onlara dəstək verirəm, bütün xalq onlara dəstək verir", — deyə o, hökumət başçısının dəftərxanası tərəfindən yayılan qısa videomüraciətində bildirib.
Netanyahu həmçinin növbəti dəfə bəyan edib ki, İsrail hələlik öz qoşunlarını Livan ərazisindən çıxarmaq niyyətində deyil. "Mən tam əminəm ki, şimal sakinlərini və ölkənin bütün vətəndaşlarını qorumaq üçün Livanın cənubundakı təhlükəsizlik zonasında nə qədər lazımdırsa, bir o qədər qalacağıq", — deyə Baş nazir qeyd edib.
Məryəm Quliyeva