08:35
875
ABŞ-ın NATO-ya verdiyi töhfələr çox yüksəkdir.
Bunu ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etmək qərarına münasibət bildirərkən bildirib.
"Beləliklə, biz bütün bu pulları xərclədik – yəqin ki, 600... Düzdür, biz hər il təxminən 600 milyard dollar xərcləyirdik, elə deyilmi? Bir düşünün: NATO-ya xərclədiyimiz məbləğlər sadəcə ağlasığmazdır, amma onlar bizə kömək etmədilər”, - Tramp deyib.
ABŞ liderinin sözlərinə görə, əgər ABŞ hətta kiçik məsələlərdə də yardım ala bilmirsə, o zaman Vaşinqtonun da yardım göstərməkdən imtina etmək hüququ var.
Qeyd edək ki, bundan öncə Tramp Avropanın İran məsələsində ABŞ-a kömək etməkdən imtina etməsini axmaqlıq adlandırmışdı.