Sabiq ABŞ rəsmisi: İran müharibədən daha güclü çıxdı Gündəm

Sabiq ABŞ rəsmisi: İran müharibədən daha güclü çıxdı

Hərbi əməliyyatların yekununda İran Hörmüz boğazına nəzarəti sayəsində ABŞ-dan daha güclü bir mövqedə qərarlaşıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tehranla nüvə sazişi üzrə danışıqlar qrupunun sabiq rəhbəri və ABŞ dövlət katibinin keçmiş müavini Vendi Şirmen bəyan edib.

"Danışıqların olması, olmamasından daha yaxşıdır. İran, şübhəsiz ki, özü üçün daha güclü bir mövqe təmin etdi. Onlar Hörmüz boğazını istənilən an bağlaya bilərlər", — deyə o, "Euronews" telekanalına müsahibəsində bildirib.

Şirmenin fikrincə, güclü mövqe İrana Livanda "sülh şərtlərini diktə etmək" imkanı verir. Bununla belə, o, aparıcının "İranı qalib hesab etmək olarmı?" sualına birbaşa cavab verməkdən yayınıb və əlavə edib ki, İran öz dözümlülüyünü nümayiş etdirib və onu güclə sındırmağın qeyri-mümkün olduğunu sübut edib. Şirmen bunun diplomatiyanın vacibliyini və hərbi əməliyyatların davam etdirilməsinin mənasızlığını sübut etdiyinə əminliyini ifadə edib.

Məryəm Quliyeva