13:42
679.jpg)
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri (PSQ) gecə saatlarında Azov dənizində Rusiyanın "kölgə donanması"na daxil olan və sanksiya altında olan 8 tankerə zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar" çağırış ləqəbli) məlumat verib.
"Bütün tankerlər identifikasiya edilib, beynəlxalq sanksiyalar altındadırlar. Onların hər birinin dedveyti (yük götürmə qabiliyyəti) 7000 ton, uzunluğu 140 metrdir və 2006–2012-ci illər arasında inşa ediliblər: "Venera-3", "Sanar-1", "Sanar-17", "Klimena", "Teti", "Aleksey Savrasov", "Penelopa"; sonuncunun adı isə dəqiqləşdirilir", — deyə o qeyd edib.
Məryəm Quliyeva