İran ABŞ-nin İordaniyadakı hərbi bazasında HHM sisteminin radarını vurduğunu bildirib Dünya

İran ABŞ-nin İordaniyadakı hərbi bazasında HHM sisteminin radarını vurduğunu bildirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin xüsusi bölməsi) ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirərək hava hücumundan müdafiə (HHM) sisteminin radarını və bir "F-15" qırıcı təyyarəsini məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilir.

"İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin döyüşçüləri ABŞ-nin İordaniyadakı bazasına raket zərbəsi endirib, nəticədə bir HHM radar sistemi və anqarda olan bir "F-15" qırıcısı məhv edilib", — deyə "Fars" agentliyinin istinad etdiyi SEPAH-ın bəyanatında qeyd olunur.

Məryəm Quliyeva