10:44
1 505
İran ABŞ-nin İslam Respublikasının ərazisinə endirdiyi zərbələr dayandırılana qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacaq və gəmilərin oradan keçməsinə icazə verməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Fars" agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, "ABŞ tərəfindən düşmənçilik hərəkətləri davam etdiyi müddətcə Hörmüz boğazındakı vəziyyət dəyişməyəcək" və gəmilərin keçidi üçün heç bir icazə verilməyəcək.
Məryəm Quliyeva