ABŞ Ukraynaya "Patriot" istehsalı lisenziyasının verilməsini müzakirə edir Gündəm

ABŞ Ukraynaya "Patriot" istehsalı lisenziyasının verilməsini müzakirə edir

ABŞ Prezidenti Donald Trampın belə bir sövdələşmənin mümkünlüyünə şübhə ilə yanaşmasına baxmayaraq, Vaşinqtonda Kiyevə "Patriot" raket-tutucularının istehsalı üzrə lisenziyanın verilməsi mövzusunda müzakirələr davam edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, variantlardan biri Ukraynada bəzi komponentlərin istehsalını və sonradan onların yekun yığım üçün Avropaya göndərilməsini nəzərdə tutur. Tramp iyun ayında Ankarada Volodimir Zelenski ilə görüşü zamanı Ukraynaya "Patriot" lisenziyasının verilməsi planlarını açıqlamışdı. Lakin keçən həftə Ağ Evdə Zelenski ilə baş tutan "çətin" görüşdən sonra Tramp, görünür, qərarını dəyişib. ABŞ prezidenti jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar silah istehsalı lisenziyalarının verilməsi məsələsində "daha ehtiyatlı" olmalıdır.

"Reuters"in məlumatına görə, ABŞ-nin müdafiə sənayesi nümayəndələri və hərbçilər də bu məsələdə narahatlıqlarını ifadə ediblər. Bununla belə, ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker sövdələşmənin bağlanmasında israr edir. O, keçən ay ehtimal olunan sazişin detallarını müzakirə etmək üçün Kiyevə səfər edib.

Məryəm Quliyeva