12:27
434![]()
Yəmən ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri "Ənsar Allah" hərəkatından olan qiyamçı husilər tərəfindən Mərib şəhəri istiqamətində buraxılmış pilotsuz uçuş aparatını vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən "Aden al-Ghad" xəbər portalı məlumat yayıb.
Öz növbəsində "Al-Mashhad al-Yemeni" xəbər portalı məlumat verib ki, avqustun 7-si səhər saatlarında husilər Məribə balistik raketlər və PUA-lar vasitəsilə də zərbələr endiriblər. Daha əvvəl Hökumət Qüvvələrinin Birləşmiş Əməliyyat Komandanlığı bildirmişdi ki, qiyamçıların Mərib və Hədrəmöt əyalətlərindəki ordu mövqələrinə hücumları nəticəsində 17 hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.
Məryəm Quliyeva