Dəməşqdə partlayış olub, ölən və yaralananlar var Dünya

Dəməşqdə partlayış olub, ölən və yaralananlar var

Suriyada paytaxt Dəməşqin Cəramana bölgəsində partlayış olub, ölən və yaralananların olduğu bildirilir.

APA xəbər verir ki, bu barədə “Al-Ikhbariya” telekanalı məlumat yayıb.

Məlumata görə, druzların yaşadığı ərazidə mikroavtobusa yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

Ölən və yaralananların dəqiq sayı haqda məlumat verilməyib.