Ötən ay sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər Cəmiyyət

Ötən ay sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər

Bu ilin iyul ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumata görə, ötən ilin iyul ayı ilə müqayisədə 10,31 % çox sərnişin daşınıb.

“Koroğlu” stansiyası 1 630 048 sərnişinə xidmət göstərərək ayın lideri olub.

Qeyd edək ki, ayın ən çox sərnişin daşınan günü − 1 iyulda metrodan 649 974 nəfər istifadə edib.

NFC və QR bilet vasitəsilə ümumilikdə 8 567 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.

“Əlçatan metro” xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.