11:31
308
Bazar ertəsindən cümə axşamınadək Hörmüz boğazından keçən kommersiya gəmilərinin sayı keçən həftənin eyni dövrü ilə müqayisədə üçdə bir qədər azalaraq 50-dən 33-ə düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kpler" analitik şirkətinin məlumatlarına istinadən "Reuters" agentliyi məlumat verib.
Eniş İran və Oman arasında boğazda gəmiçilik məsələlərinə dair danışıqlarda irəliləyiş fonunda baş verir. "Reuters"in mənbələrinin bildirdiyinə görə, bu həftə bir neçə Çin və Hindistan şirkəti yüksək endirimlər fonunda İraqdan Hörmüz boğazı vasitəsilə neft çıxarmaq üçün gəmilər icarəyə götürməyə cəhd edib. Buna baxmayaraq, gəmi sahibləri təhlükəsizliklərindən ehtiyat edərək öz tankerlərini təqdim etməkdən imtina ediblər.
Məryəm Quliyeva