6 Avqust 14:47
08:18
294
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Kiyevə səfəri çərçivəsində Prezident Zelenski, ukraynalı həmkarı Andrey Sibiqa və digər rəsmilərlə görüşü böyük əhəmiyyət daşıyır.
Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib.
"O, xüsusilə qeyd edib: "Ehtiyac yaranacağı təqdirdə, dost Ukraynaya qaz təchizatı həyata keçirməkdən məmnun olarıq. Eyni zamanda, hesab edirəm ki, enerji təhlükəsizliyi sahəsində – daha geniş coğrafi kontekstdə və xüsusilə Ukraynanın qaz anbarlarından istifadə etməklə – Azərbaycan və Ukrayna arasında əməkdaşlıq potensialı mövcuddur".
Biz bunu gələcək əməkdaşlığımız üçün çox perspektivli bir sahə hesab edirik. Rəsmi Bakının tarazlığı qoruyub saxlamasına və əhəmiyyətli diplomatik səylər göstərməsinə baxmayaraq, məhz bu səfərin baş tutması və enerji sektorunda əməkdaşlıq imkanı Kremli narazı sala və narahat edə bilər. Ukrayna üçün bu, birmənalı şəkildə müsbət siqnaldır; hətta qlobal karbohidrogen təchizatı böhranı fonunda uzadılmış bir kömək əli də demək olar.
Həmçinin, Bakının Rusiya-Ukrayna danışıqları üçün perspektivli bir platforma kimi potensialını da unutmayaq" o, qeyd edib.
Cavid
6 Avqust 15:13
938
6 Avqust 14:47
1 281
6 Avqust 14:45
1 295